Menyu

Macarıstan Prezidenti Azərbaycan XİN rəhbərini qəbul edib - YENİLƏNİB

Operativ Media
Macarıstan Prezidenti Azərbaycan XİN rəhbərini qəbul edib - YENİLƏNİB

11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Tamaş Şuyok tərəfindən qəbul olunub.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı, Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib. 

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb. 

Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib. 

Görüşdə, Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb. 

Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyimə dair əminlik ifadə olunub. 

Beynəlxalq platformalar çərçivəsində, BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.


***

14:19

Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilələr də daxil olmaqla əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.

Regionumuzda münaqişədən sonrakı reallıqlar, Ermənistanla normallaşma prosesi, habelə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri də müzakirə olunan məsələlər arasında olub.

Tərəflər regional və çoxtərəfli çərçivələrdə artan əməkdaşlığı qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ortaq öhdəliyi vurğulayıblar.

Əlaqəli Xəbərlər