Peskov: Biz sülh üçün çalışmaq istəyirik
Operativ Media
“Moskva atəşkəs və ya döyüş meydanında möhlət tələb etmək üçün hər hansı bir bəhanəni rədd edir”.
Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada ərazi referendumunun keçirilməsi ideyasını şərh edərkən deyib.
"Əgər ideya atəşkəs, möhlət, cəbhədə fasilə tələb etmək üçün bəhanə yaratmaqdırsa, təbii ki, bu keçməyəcək", - Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna münaqişəsinin nizalanmasında atəşkəsə yox, sülhə səy göstərir.
Peskov vurğulayıb ki, atəşkəs növbəti aldatma və beyinləri yumaqdır: "Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik. Sülh lazımdır".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net