Menyu

Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq müzakirə olunub

Operativ Media
 Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanları müzakirə etdik.

Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq.",- nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər