Menyu

Azərbaycan və “OpenAI” şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan və “OpenAI” şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Suveren süni intellekt infrastrukturunun yaradılması, birgə innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış suni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq."-, nazir qeyd edib.

Əlaqəli Xəbərlər