08 Mart 2023, 17:03
Egils Levits martın 8-də Şəhidlər xiyabanını ziyarət edib
Egils Levits martın 8-də Şəhidlər xiyabanını ziyarət edib şəkil
Egils Levits martın 8-də Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Egils Levits Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Latviya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Latviyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər