Menyu

Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Operativ Media
Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Niderlandın xarici ticarət və inkişafın təşviqi üzrə dövlət katibi Aukye de Vries Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Aukje de Vries "X"də yazıb.

"Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi, kənd təsərrüfatı sektorunda və dənizçilik sənayesində əməkdaşlıq perspektivləri barədə söhbət etdim. Biz həmçinin Cənubi Qafqazdakı geosiyasi hadisələri müzakirə etdik", – paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər