ABŞ və Ukrayna bir neçə məsələ üzrə razılığa gəlib
Operativ Media
ABŞ və Kiyevin nümayəndələri Berlində Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda bir neçə məsələ üzrə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Tərəflər bir sıra məsələlərdə konsensusa gəliblər" - məlumatda qeyd olunur.
Qeyd edək ki, 14 və 15 dekabr tarixlərində Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və Almaniya kansleri Fridrix Merz ilə danışıqlar aparıb.
Zelenski Kiyevin ABŞ və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyündən imtina edə biləcəyini bildirmişdi.