Finlandiya prezidenti Ermənistan və Azərbaycan arasında sülhü 2025-ci ilin gözlənilməz nailiyyətlərindən biri adlandırıb
Əziz Əzizli
Ermənistanla Azərbaycan arasında sülh 2025-ci ilin gözlənilməz nailiyyətlərindən biridir.
Operativ Media xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Əgər ilin əvvəlində kimsə mənə Qəzzada atəşkəs elan ediləcəyini, Ukrayna məsələsində atəşkəs elan ediləcəyini və ya mümkün sülh razılaşmasının olacağını, yaxud Azərbaycanla Ermənistan arasında sülhün olacağını desəydi, mən bunun çox az ehtimal olduğunu deyərdim. Amma indi bu üç şeydən ikisi reallığa çevrilib və ümid edirəm ki, Milad bayramına qədər üçüncüsü olacaq”, - deyə o bildirib.