Abbas Əraqçi: İran Rusiya ilə bütün sahələrdə əməkdaşlıq edir
Əziz Əzizli
İran Rusiya ilə bütün sahələrdə əməkdaşlıq edir və Rusiya-İran münasibətləri hərtərəflidir.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski ilə görüşündə bildirib.
O, həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyib. Rusiyaya səfərindən əvvəl Əraqçi "Kommersant"a verdiyi açıqlamada Rusiya-İran münasibətlərinin təkcə "dar qrup mülahizələri" əsasında deyil, həm də "tarixi, geosiyasi əlaqələr və hər iki ölkənin sabit maraqları" əsasında qurulduğunu bildirib.
Əraqçi Rusiyaya səfəri çərçivəsində dekabrın 17-də Rusiyanın xarici işlər naziri Lavrovla danışıqlar aparacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net