NATO baş katibinin müavini Ermənistana səfər edəcək
Əziz Əzizli
NATO baş katibinin müavini Radmila Şekerinska 18 dekabrda Ermənistana səfər edəcək .
Operativ Media xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.
Saytın məlumatına görə, baş katibin müavini Baş nazir Nikol Paşinyan, Milli Məclisin sədri Alen Simonyan, Xarici İşlər naziri Ararat Mirzoyan və Müdafiə naziri Suren Papikyanla görüşəcək.
Şekerinska həmçinin vətəndaş cəmiyyəti nümayəndələri və NATO müttəfiq səfirləri ilə görüşəcək.