Menyu

BMT ilə səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib - Foto

Operativ Media
BMT ilə səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib - Foto

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Operativ Media -ya verilən məlumata görə, Teymur Musayev görüşdə ölkəmizdə səhiyyə sisteminin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, bu sahədə aparılan islahatlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir. O, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT ilə əməkdaşlığın səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Vladanka Andreyeva BMT-nin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının, xüsusilə də 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə davam etdirilməsinə möhkəm sadiqliyini vurğulayıb. O, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, BMT-nin gələcəkdə də Səhiyyə Nazirliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, eləcə də gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanla BMT strukturları arasında səhiyyə sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər