Menyu

Soyuq havada oynaqların ağrıması niyə artır?

Ayşən Sadıxzadə
Soyuq havada oynaqların ağrıması niyə artır?

"Soyuq havalarda oynaq ağrılarının artmasının bir neçə elmi və praktik səbəbi var. İlk növbədə, atmosfer təzyiqinin dəyişməsi bu prosesdə mühüm rol oynayır".

Bu sözləri Operativ Media -ya açıqlamasında travmatoloq-ortoped Yasin Haxverdiyev bildirib.

O qeyd edib ki, soyuq hava şəraitində adətən barometrik təzyiq azalır və nəticədə oynaq daxilindəki maye və ətraf toxumalar cüzi şəkildə genişlənir:

“Bu isə sinir uclarının daha çox qıcıqlanmasına səbəb olur. Xüsusilə artrozdan əziyyət çəkənlərdə, eləcə də əvvəlki travma və ya cərrahi müdaxilə keçirmiş oynaqlarda ağrı daha qabarıq hiss olunur.

Digər mühüm amil əzələ və bağların sərtləşməsidir. Soyuq temperatur əzələlərin elastikliyini azaldır, bağlar və oynaq kapsulu daha gərgin vəziyyətə düşür. Bu da hərəkət zamanı oynaqda ağrı və tutulma hissinin yaranmasına gətirib çıxarır.

Bundan əlavə, soyuq havada qan dövranı zəifləyir. Damarların yığılması nəticəsində oynaq ətrafı toxumaların qidalanması azalır və ağrıya həssaslıq artır. Nəticədə, mövcud oynaq problemləri soyuq havalarda daha kəskin şəkildə özünü göstərir”.

Əlaqəli Xəbərlər