Menyu

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayıb

Operativ Media
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayıb

Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar yola düşüb və Ermənistana doğru hərəkət edir.

Operativ Media  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Baş nazir bunu alqışladığını qeyd edib.
"Azərbaycan neft məhsullarını daşıyan qatarın yola düşüb Ermənistana getməsi xəbərini də gördüm. Bu inkişafı alqışlayıram. Ticarət birbaşa özəl şirkətlər arasında aparılır, amma təbii ki, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh bu ticarət üçün siyasi şərait yaradıb."- Paşinyan qeyd edib.

Əlaqəli Xəbərlər