Menyu

Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Operativ Media
Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Gürcüstan sərhədində yerləşən Ayrum dəmir yolu stansiyasından Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə daşınan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

G. Papoyan qeyd edib ki, bu hadisə təkcə sülh razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında reallaşan ilk ticarət-iqtisadi əməliyyat deyil, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında həyata keçirilən ilk belə razılaşma ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər