Menyu

Azərbaycan və Monteneqro XİN başçıları arasında görüş keçirilib - Fotolar

Operativ Media
Azərbaycan və Monteneqro XİN başçıları arasında görüş keçirilib - Fotolar

20 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqronun ölkəmizdə səfərdə olan Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Ervin İbrahimoviç arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ünvanlanıb.

Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

Fotogalereya

Əlaqəli Xəbərlər