Rusiyadan Azərbaycana gətirilən şokoladlı konfetdə kif-maya göbələkləri aşkarlanıb
Nərmin Qocamanlı
Rusiyadan Azərbaycana gətirilən şokoladlı konfetdə kif-maya göbələkləri aşkarlanıb.
"Operativ Media" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində “Dalamana” MMC-nin Rusiyadan idxal etdiyi (26.12.2022-26.06.2023-cü il istehsal və son istifadə tarixli) “Kf Elbrus-K” şirkətinin istehsalı olan, ümumi çəkisi 220 kq “Feydra” adlı şokoladlı konfet məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların məhv edilməsinə dair müvafiq qərar qəbul olunub, məhsul partiyası məhv edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net