Menyu

Əraqçi: Qərb İranın irəli sürdüyü təklifləri qəbul etmir

Operativ Media
Əraqçi: Qərb İranın irəli sürdüyü təklifləri qəbul etmir

ABŞ İranla ədalətli və balanslı razılaşma əldə etməyə hazır deyil.

Operativ Media xəbər verir ki,  bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Russia Today”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Vaşinqton danışıqlarda həddindən artıq tələblər irəli sürür və Qərb İranın irəli sürdüyü təklifləri qəbul etmir.

Nazirin sözlərinə görə, Tehran dialoqa açıqdır, lakin diktə formasında təqdim olunan şərtlərlə razılaşmayacaq. Əraqçi əlavə edib ki, bu yanaşma ABŞ-ın ədalətli razılaşmaya maraqlı olmadığını göstərir.

O, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla aparılan təmasların dayandırıldığını bildirib. Qeyd olunub ki, tərəflər arasında beş raund danışıqlar keçirilib, altıncı raund isə 15 iyuna planlaşdırılsa da, İsrailin İrana hücumu və sonradan ABŞ-ın prosesə qoşulması danışıqların baş tutmasına mane olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər