Menyu

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Operativ Media
Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Şəhidlər xiyabanına gəlib.

Operativ Media  xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anıb, məzarları üzərinə tər güllər düzüb. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət olunub, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər