Paşinyan: Ən böyük öhdəliyi yerinə yetirdik
Operativ Media
Ermənistan hökuməti xalq qarşısında ən böyük öhdəliyini yerinə yetirib.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda erməni icmasının nümayəndələri ilə görüşdə deyib.
“Hökumətin 2021-ci ilin avqust ayında qəbul etdiyi proqramda bildirilir ki, xalq qarşısında ən böyük öhdəlik Ermənistan Respublikası və region üçün dinc inkişaf dövrünü təmin etməkdir. Biz bu ən böyük öhdəliyi yerinə yetirdik. Baxmayaraq ki, digər öhdəliklərin də çox əhəmiyyətli bir hissəsini yerinə yetirmişik”, - deyə Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, dünyada öz proqramını 100 faiz həyata keçirən hökumət yoxdur.