Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəyinə əminliyini bildirib.
Rusiya prezidentinin təbrik teleqramında deyilir: "Sizin rəhbərliyiniz altında Azərbaycan sosial və iqtisadi sahələrdə tanınmış uğurlar qazanıb və beynəlxalq arenada mövqeyini ardıcıl olaraq möhkəmləndirir".
Putin qeyd edib ki, iki ölkə arasında münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət kimi yaxşı ənənələrə əsaslanır: "Əminəm ki, bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etməyə davam edəcək və bu, şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının maraqlarına xidmət edir".
O, İlham Əliyevə cansağlığı, firavanlıq və uğurlar arzulayıb, ailəsinə salamlarını çatdırıb.