Menyu

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

Operativ Media
Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.


***
15:33

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.


Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycanın bütün sahələrdə, xüsusən də ticarətdə əməkdaşlıq məqsədlərinə çatmaq üçün səylərini davam etdirdiklərini bildirib.

Eyni zamanda Ərdoğan  Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsindən məmnun olduqlarını və prosesi dəstəklədiklərini bildirib, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü və Yeni il münasibətilə təbrik edib.

Əlaqəli Xəbərlər