Menyu

Ən dəyərli 50 idman komandasının siyahısı açıqlanıb

Operativ Media
Ən dəyərli 50 idman komandasının siyahısı açıqlanıb

"Forbes USA" jurnalı dünyanın ən dəyərli 50 idman komandasının reytinqini dərc edib.

Operativ Media xəbər verir ki, siyahıda ilk "onluq"da Amerikan futbolu komandaları yer alıb.

"Dallas Kovboys" komandası 2016-cı ildən bəri hər il birinci yeri tutur.

İlk "50-liy"ə Avropanın yalnız 4 klubu daxil olub: Madrid "Real"ı (6,75 milyard dollar, 20-ci), "Mançester Yunayted" (6,6 milyard dollar, 24-cü), "Barselona" (5,65 milyard dollar, 42-ci) və "Liverpul" (5,4 milyard dollar, 48-ci).

Qeyd edək ki, reytinqə iki "Formula 1" komandası da daxildir: Ferrari (6,5 milyard dollar, 26-cı) və "Mercedes" (6 milyard dollar, 34-cü).

Əlaqəli Xəbərlər