Menyu

Livanda SEPAH-ın yüksək rütbəli komandiri məhv edilib

Operativ Media
Livanda SEPAH-ın yüksək rütbəli komandiri məhv edilib

İsrail Müdafiə Ordusu (IDF) Livana zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin məhv edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti "X" hesabında məlumat yayıb.

"Bu gün Livanın Nabatiya rayonunda IDF və ŞABAK son illərdə Suriya-Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında və təşviqində iştirak edən SEPAH-ın əsas döyüşçülərindən biri Hüseyn Mahmud Marşad əl-Coharini məhv edib", - məlumatda deyilir.

Qeyd olunur ki, o, SEPAH-ın xarici əməliyyatlarının planlaşdırılması və koordinasiyasına görə məsul olan "840-cı bölmə"nin tərkibində fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər