Fərid Şəfiyev: Başlıca məqsədimiz xarici auditoriyanın obyektiv məlumatlandırılmasıdır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən ölkənin xarici siyasət gündəminin obyektiv və yığcam təsvirini əhatə edən 12 bülleten hazırlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycan dilində bir kitab nəşr edilib. “Yaxın Şərqdə erməni diasporu” adlı kitabda sözügedən regionda erməni icmasının ən geniş yayıldığı 5 ölkə üzrə erməni diasporunun tarixi konteksti, siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri, potensial imkanları təhlil edilib.
“Qeyd etmək istərdim ki, başlıca məqsədimiz xarici auditoriyanın obyektiv və düzgün məlumatlandırılması olduğu üçün kitab və hesabat xarakterli nəşrlərimiz əsasən ingilis dilində hazırlanıb. Ümumilikdə ingilis dilində 6 kitab hazırlanıb, “İlham Əliyev Xarici Siyasət Uğurları 2003-2023” broşürünü də ingilis dilinə tərcümə etmişik”,- deyə F.Şəfiyev vurğulayıb.