http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokuror Türkiyəyə getdi

18 Oktyabr 2022 , 14:21
Baş Prokuror Türkiyəyə getdi

Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.

"Operativ Media" xəbər verir ki, nümayəndə heyəti tərəfindən İstanbulda Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq Ümumilli liderin xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib.

Kamran Əliyev hər iki ölkənin dövlət başçısı cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib.

Ölkəmizin nümayəndə heyətini salamlayan İstanbul şəhər Baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.​

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək, Şaban Yılmazın rəhbərliyi ilə nümayəndə heyətinin 2021-ci ilin noyabr ayında ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.  

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Fransa hökumətinin ölkəmizdən üzr istəməsini tələb edir

Azərbaycan XİN Fransa hökumətinin ölkəmizdən üzr istəməsini tələb edir

G7 ölkələri QHT-lərinin bəyanatı: “COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir”

G7 ölkələri QHT-lərinin bəyanatı: “COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir”

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

XƏBƏR LENTİ
  • 12:23

    Litva XİN Rusiya nümayəndəsini çağıraraq etiraz edib
  • 12:22

    Azərbaycan XİN Fransa hökumətinin ölkəmizdən üzr istəməsini tələb edir
    Azərbaycan XİN Fransa hökumətinin ölkəmizdən üzr istəməsini tələb edir
  • 11:57

    "Asel Kredit BOKT” 20 min manat cərimələnib
  • 11:55

    Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?
  • 11:51

    G7 ölkələri QHT-lərinin bəyanatı: “COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir”
  • 11:42

    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
  • 11:32

    Xavi mövsüm sonunda "Barselona"dan ayrılacaq
  • 11:25

    Dövlət Xidməti Lənkəranda gənclərlə görüş keçirib
Menyu