Menyu

Ceyhun Bayramov: “Bəzi Qərb ölkələrinin David Babayana 10 illik viza verməyi ciddi suallar doğurur”

Operativ Media
Ceyhun Bayramov: “Bəzi Qərb ölkələrinin David Babayana 10 illik viza verməyi ciddi suallar doğurur”

“Hazırda həbsdə olan David Babayana bir vaxtlar Qərb ölkələri tərəfindən həmin ölkələrə səfər etməsi üçün 10 illik viza verilib. Viza prosedurlarından xəbəri olanlar yaxşı bilirlər ki, Qərb ölkələrindən viza almaq üçün ciddi sənədlər paketi tələb olunur və adətən bu qədər uzun müddətə viza verilmir” 

Operativ Media xəbər verir ki, bunu ilin yekunlarına dair mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov bildirib:

“Qeyri-qanuni və heç bir dövlət tərəfindən tanınmayan bir qurumun nümayəndəsinə bu qədər uzunmüddətli viza verilməsi ciddi suallar doğurur. Bu mövzu ətrafında saatlarla danışmaq olar.

Azərbaycanın heç bir ölkənin daxili işlərinə qarışmaq niyyəti yoxdur və bu, dövlətimizin xarici siyasət prinsiplərinə də ziddir. Lakin birbaşa bizə aid olan məsələlərə diqqət çəkmək və onlara münasibət bildirmək tam haqlıdır.

Məsələn, xaricdə yaşayan diaspora nümayəndələri hakimiyyətin yürütdüyü siyasətlə bağlı narazılıqlarını ifadə etdikdə, bəzi hallarda onlara ümumilikdə ölkəyə giriş qadağası tətbiq olunur.

Bir ölkəyə münasibətdə sərt, digərinə isə fərqli yanaşmanın göstərilməsi həmin təsisatların özlərinin yanlış və qeyri-obyektiv siyasətinin nəticəsidir”.

Əlaqəli Xəbərlər