Somali və Uqanda ilə vizadan qarşılıqlı azad etmə sazişləri təsdiqlənəcək
Operativ Media
Milli Məclis Somali və Uqanda ilə diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında müvafiq sazişləri təsdiqləyəcək.
Operativ Media xəbər verir ki, bu barədə müvafiq qanun layihələri parlamentin payız sessiyası üzrə dekabrın 30-da keçiriləcək sonuncu plenar iclasının gündəliyinə daxil edilib.