Azərbaycan “deepfake” tipli məlumatlara mübarizədə dost dövlətlərlə müzakirələr aparır
Operativ Media
“Dezinformasiya mövzusu ilə yeni bir trend var. Bu tək Azərbaycanın deyil, qlobal problemdir. Bu da müxtəlif süni intellekt həllərindən istifadə edərək “deepfake” tipli məlumatların paylaşılması, insanlar arasında çaşqınlıq yaratması bəzi hallarda çox önəmli və həssas mövzularla bağlıdır”.
Operativ Media xəbər verir ki, bunu ilin yekunlarına dair mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov bildirib.
“Bu məsələ hər zaman diqqət mərkəzindədir. Biz bu barədə dost və həmkar dövlətlərlə müzakirələr aparırıq”, - nazir qeyd edib.