Ceyhun Bayramov Ermənistana səfər edə biləcəyini bəyan edib
Operativ Media
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov zərurət olacağı təqdirdə Ermənistana səfər edə biləcəyini bəyan edib.
Operativ Media -nın məlumatına görə, nazir ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın milli maraqlarını tələb edən görüş, hadisə baş tutan zaman Ermənistana səfər edə bilər.