Menyu

Azərbaycan XİN Yəmən Respublikasının suverenliyini dəstəkləyir

Operativ Media
Azərbaycan XİN Yəmən Respublikasının suverenliyini dəstəkləyir

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında davam edən gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviq edilməsi istiqamətində göstərdiyi səyləri alqışlayır. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial media hesabında paylaşım edib.

Yəməndəki mövcud vəziyyət təmkinli olmağın və kollektiv iş, dialoq və sülh yolu ilə həll yollarına üstünlük verilməsinin zəruriliyini vurğulayır.

"Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir", - paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər