Menyu

Zelenski və Tramp arasında görüş baş tutub - YENİLƏNİB 2

Operativ Media
Zelenski və Tramp arasında görüş baş tutub - YENİLƏNİB 2

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna münaqişəsinin həlli perspektivlərini və Vaşinqtonun növbəti addımlarını müzakirə edib.

Operativ Media xəbər verir ki, görüş Floridada yerləşən Mar-a-Laqo iqamətgahında baş tutub.

Tramp görüş zamanı mümkün sülh sazişi, Avropanın təhlükəsizliyin təminatında rolu və Rusiyaya kontakların davam etdirilməsi niyyətini açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski Ukraynada sülh istəyir.

O qeyd edib ki, Avropa ölkələri münaqişə həllindən sonra Ukraynanın qorunmasına aktiv şəkildə cəlb olunacaq və təhlükəsizlik sazişi imzalanacaq.

Tramp həmçinin münaqişənin iqtisadi faydalarını vurğulayıb, Ukraynanın həyata keçirdiyi hücumları nəzərə alaraq Moskvanın da sülh istədiyini bildirib.

Prezident əlavə edib ki, sülh prosesi yekunlaşmaq üzrədir və mövcud çərçivə hər kəs üçün faydalıdır.

Tramp görüşün sonunda Putinə zəng etməyi planlaşdırdığını və dialoqu davam etdirəcəyini bildirib.

22:45

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Operativ Media xəbər verir ki, görüş ABŞ-nin Florida ştatında baş tutub.

Tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planını müzakirə edəcəkləri bildirilir.

22:28

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün Mayamiyə gedib. 

Operativ Media xəbər verir ki, onu hava limanında Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina və iki rəsmi şəxs qarşılayıb.

Görüşdə jurnalistlərin iştirakına icazə veriləcək.

Əlaqəli Xəbərlər