Mirzoyan: Azərbaycan benzini almaq üçün növbələr yaranır
Operativ Media
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir. Öyrənmişəm ki, növbələr də var.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada məlumat verib.
"Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir bildirib.
Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir: "İnanıram ki, biz sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir qədər kənara qoysaq, belə ssenarilər bir o qədər reallaşacaq".