Azərbaycan XİN Somalinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib
Azərbaycan Respublikası Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Somali Federativ Respublikasının “Somaliland” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir.
Azərbaycan beynəlxalq hüquq normalarına zidd olaraq öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı öz ağrılı təcrübəsindən keçmişdir.
Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır.