Menyu

Putin və Tramp arasında telefon danışığı olub

Operativ Media
Putin və Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, danışıq zamanı Vladimir Putin Donald Trampın diqqətini Kiyevin Novqorod vilayətində yerləşən prezident iqamətgahına dron hücumuna çəkib.

Trampın bu hücumdan şoka düşdüyü və qəzəbləndiyi bildirilib.

ABŞ prezidenti “bu cür dəli hərəkətləri” təsəvvür belə edə bilmədiyini qeyd edib.

Vladimir Putin ABŞ prezidentinə bildirib ki, Rusiya prezidentinin iqamətgahına qarşı həyata keçirilən terror hücumu cavabsız qalmayacaq.

Donald Tramp isə Kiyevin Rusiya prezidentinin iqamətgahına dron hücumunun ABŞ-nin Ukrayna lideri Volodimir Zelenski ilə işləmək yanaşmasına təsir göstərəcəyini vurğulayıb.

Məlumata görə, Kiyev sözügedən hücumu həyata keçirmək üçün uzaqmənzilli pilotsuz uçuş aparatlarından istifadə edib.

Əlaqəli Xəbərlər