Menyu

Zelenski: Rusiya Prezidentinin iqamətgahına zərbə endirməmişik

Operativ Media
Zelenski: Rusiya Prezidentinin iqamətgahına zərbə endirməmişik

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı səslənmiş bəyanat həqiqətə uyğun deyil.

Operativ Media xəbər verir ki, bunu Ukrayna lideri öz teleqram kanalında yazıb.

"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir, açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – paylaşımda qeyd olunur.

Əlaqəli Xəbərlər