Səfir: Rusiya Tramp Yolu ilə bağlı gedişatı diqqətlə izləyir
Operativ Media
"Rusiya Tramp Yolu ilə bağlı gedişatı diqqətlə izləyir".
Operativ Media xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib:
"Bildiyimiz qədəri ilə yolun həyata keçirilməsi üzrə praktiki işlər hələ başlamayıb. Biz yalnız bu möhtəşəm adı eşitmişik. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra müəyyənləşəcək. Bundan əlavə, "Tramp yolu" Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə təsir göstərə bilər, çünki respublika ərazisindən malların keçirilməsi, digər məsələlərlə yanaşı, Avrasiya Birliyinin qanunları ilə tənzimlənir".