Gələn il pensiyalar nə qədər artacaq?
Gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək.
Operativ Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq:
“Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq.
Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir”.