XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz xarakter daşıyır
Operativ Media
Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib:
"Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".