Rəsmi Bakı Almaniyaya başsağlığı verib

Nərmin Qocamanlı
Rəsmi Bakı Almaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Digər xəbərlər