Ermənistan ATƏT-dən Azərbaycanla sərhədə müşahidəçi göndərməyi xahiş etdi
Nərmin Qocamanlı
Ermənistan Azərbaycanla sərhədə təşkilatdan müşahidəçilərin göndərilməsi üçün ATƏT-ə müraciət edib
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huitfeld ilə İrəvanda keçirdiyi brifinqdə bildirib.
"Bu məsələdə əminlik yaxın gələcəkdə yaranacaq" -deyə o, qeyd edib.
Qeyd edək ki bundan əvvəl Ermənistana Aİ-nin 40 nəfərlik mülki missiyası göndərilib.