Menyu

Azərbaycan aviaşirkətləri 2025-ci ildə Ermənistan hava məkanından istifadəyə görə 400 min avro ödəyib

Operativ Media
Azərbaycan aviaşirkətləri 2025-ci ildə Ermənistan hava məkanından istifadəyə görə 400 min avro ödəyib

Azərbaycan aviaşirkətləri 2025-ci ildə Ermənistanın hava məkanından istifadə üçün təxminən 400 min avro ödəyiblər.

Operativ Media  xəbər verir ki, bu barədə "Sputnik Armenia"nın sorğusuna cavab olaraq Ermənistan Respublikasının Mülki Aviasiya Komitəsi məlumat verib.

Məlumata görə, 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinə görə Ermənistan Aeronavtika Şirkətinə 396 282 avro köçürüblər.

Eyni zamanda, Türkiyə şirkətləri tərəfindən hava naviqasiya xidmətləri müqabilində Ermənistana 3,4 milyon avro ödəniş edilib.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycan aviaşirkətləri Naxçıvana və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyiblər. Daha sonra isə üçüncü ölkələrə uçuşlar zamanı Ermənistanın hava məkanından istifadə etməyə başlayıblar.

Əlavə edək ki, sorğuya cavab olaraq Ermənistan Respublikasının Mülki Aviasiya Komitəsi bildirib ki, qeyd olunan məbləğlərin köçürülməsi müəyyən edilmiş prosedura uyğun olaraq Eurocontrol təşkilatının Mərkəzi Yol Yığımları Ofisi vasitəsilə həyata keçirilib.

Əlaqəli Xəbərlər