Menyu

Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

Operativ Media
Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.

Operativ Media  xəbər verir ki, müvafiq paylaşım XİN-in "X" sosial media hesabında yerləşdirilib.

"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.

Əlaqəli Xəbərlər