Trampın Venesueladakı obyektlərə zərbə əmri verdiyi iddia olunur
Operativ Media
ABŞ Prezidenti Donald Trampın Venesuela ərazisində yerləşən obyektlərə, o cümlədən hərbi təyinatlı hədəflərə zərbələr endirilməsi ilə bağlı əmr verdiyi iddia olunur.
Operativ Media xəbər verir ki, bu barədə CBS News jurnalisti Cennifer Ceykobs ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Jurnalistin məlumatına görə, göstəriş mümkün hədəflərin siyahısı təqdim edildikdən sonra verilib.
Hazırda hücumlarla bağlı rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib.
Venesuela tərəfi məsələ ilə bağlı vəziyyəti izlədiklərini bildirib.