Venesuelada fövqəladə vəziyyət elan edilib
Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.
Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.
“Prezident Maduro əhalinin hüquqlarının qorunması, respublika institutlarının tam fəaliyyətinin təmin edilməsi və dərhal silahlı mübarizəyə keçid məqsədilə ölkə ərazisində fövqəladə vəziyyətin tətbiqini nəzərdə tutan Fərmanın icrasını tapşırıb”, – nazirlikdən bildirilib.
Qeyd edək ki, Venesuelanın paytaxtı Karakas sakinləri güclü partlayış səsləri, havada uçan təyyarələrin gurultusu və ən azı bir tüstü sütununun müşahidə edildiyini bildiriblər.
Şahidlərin sözlərinə görə, şəhərin cənub hissəsində, iri hərbi bazanın yaxınlığında elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.