Menyu

Venesuela XİN: ABŞ Venesuelaya strateji resurslar üçün hücum edib - YENİLƏNİB

Operativ Media
Venesuela XİN: ABŞ Venesuelaya strateji resurslar üçün hücum edib - YENİLƏNİB
Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlı bəyanat verib.

Operativ Media bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Venesuela Bolivar Respublikası ABŞ-nin hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və əhalisinə qarşı həyata keçirilən hərbi təcavüzü qətiyyətlə rədd edir, pisləyir və beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarır. Həmlələr şəhərin mülki və hərbi obyektlərinə - Respublikanın paytaxtı Karakas şəhərinə, eləcə də Miranda, Araqua və La-Quaira ştatlarına endirilib.

Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən də dövlətlərin suverenliyinə hörmət, hüquqi bərabərlik və zorakılığın qadağan olunması prinsiplərini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə təcavüz beynəlxalq sülh və sabitlik üçün, xüsusilə Latın Amerikası və Karib hövzəsində, ciddi təhlükə yaradır və milyonlarla insanın həyatını ciddi risk altına qoyur”,- bəyanatda qeyd olunur.

Venesuela Xarici İşlər Nazirliyi hesab edir ki, bu hücumun məqsədi ölkənin strateji resurslarını, əsasən neft və faydalı qazıntıları ələ keçirmək və ölkənin siyasi müstəqilliyini zorla sarsıtmaqdır.

12:00

"ABŞ tərəfindən Karakasda həm mülki, həm də hərbi obyektlərə hücumlar həyata keçirilib".

Operativ Media xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib, Venesuela Silahlı Qüvvələri ölkənin suverenliyini qorumaq üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Venesuela XİN ABŞ-nin bu hücumları ölkənin strateji resurslarını ələ keçirmək məqsədilə həyata keçirdiyini bildirib.

Əlaqəli Xəbərlər