Rusiya XİN: ABŞ Venesuelaya qarşı silahlı təcavüz aktı törədib
Operativ Media
Rusiya ABŞ-nin Venesuelaya qarşı atdığı addımları “silahlı təcavüz aktı” kimi qiymətləndirib.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, baş verənlər dərin narahatlıq doğurur və Moskva bu hərəkətləri qəti şəkildə pisləyir.
Rusiya XİN Venesuela xalqı ilə həmrəy olduğunu bəyan edib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı irəli sürülən təşəbbüsü dəstəklədiyini vurğulayıb.
Açıqlamada qeyd olunub ki, vəziyyət beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və mövzunun BMT platformasında müzakirəsi vacibdir.