İran Venesuelaya hücumla bağlı bəyənat yayıb
Operativ Media
İran ABŞ-nin Venesuelaya hücumunu qətiyyətlə pisləyib və bunun "Milli suverenliyin kobud şəkildə pozulması" adlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hərbi hücumunu və bu ölkənin milli suverenliyi ilə ərazi bütövlüyünün kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir. Bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.