ABŞ Venesuela əməliyyatı barədə NATO-nu xəbərdar etməyib
Operativ Media
ABŞ Venesuela ilə bağlı hərbi planları barədə NATO müttəfiqlərini məlumatlandırmayıb.
Operativ Media xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ-nin Avropadakı tərəfdaşları Venesuelada baş verənlər barədə məlumatı əsasən kütləvi informasiya vasitələrindən əldə ediblər.
Bu səbəbdən Avropa ölkələri hələlik vəziyyətlə bağlı vahid mövqe formalaşdıra bilməyiblər.