Aİ ABŞ-ni Venesuela ilə bağlı vəziyyətdə təmkinli olmağa çağırıb
Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelaya endirdiyi zərbələrlə bağlı Vaşinqtonu təmkinli davranmağa çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
O, bildirib ki, istənilən şəraitdə beynəlxalq hüququn normalarına və BMT Nizamnaməsinə əməl olunmalıdır.
Kallas eyni zamanda Venesuela Prezidenti Nikolas Maduronun kifayət qədər legitimliyə malik olmadığını qeyd edib.
Kallas bu mövzu ilə bağlı ABŞ dövlət katibi Marko Rubio və Aİ-nin Karakasdakı səfiri ilə danışıqlar apardığını da açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də Amerika qüvvələrinin Venesuelaya zərbə endirdiyini təsdiqləyib.
Onun sözlərinə görə, Nikolas Maduro və həyat yoldaşı xüsusi təyinatlı “Delta” qüvvələri tərəfindən saxlanılaraq ölkədən çıxarılıb.
Son məlumatlara əsasən, Karakasda hərbi bazalar, aeroportlar, parlament binası və Uqo Çavesin mavzoleyi daxil olmaqla azı 11 obyekt hücuma məruz qalıb.