Menyu

Prezident Maduroya hansı ittihamlar irəli sürülüb?

Operativ Media
Prezident Maduroya hansı ittihamlar irəli sürülüb?

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.

Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də ABŞ qüvvələrinin Venesuelaya zərbə endirdiyini təsdiqləyib.

Onun sözlərinə görə, Nikolas Maduro və həyat yoldaşı xüsusi təyinatlı “Delta” qüvvələri tərəfindən saxlanılaraq ölkədən çıxarılıb.

Son məlumatlara əsasən, Karakasda hərbi bazalar, aeroportlar, parlament binası və Uqo Çavesin mavzoleyi daxil olmaqla azı 11 obyekt hücuma məruz qalıb.

Əlaqəli Xəbərlər